SNAV-ın il-de Frans regionunun Bakı toplantısı
Bakı, 29 iyun, AZƏRTAC
Bakıda “Fairmont Hotel Baku” mehmanxanasında Fransanın Turizm Agentliklərinin Milli Sindikatının (SNAV) il-de Frans regionunun ənənəvi illik toplantısı keçirilib.
Ölkəmizdə MİCE turizm növünün inkişaf etdirilməsi baxımından böyük əhəmiyyətə malik olan tədbirin təşkili Mədəniyyət və Turizm Nazirliyinin, Fransadakı səfirliyimizin və “PAŞA Travel” şirkətinin dəstəyi ilə baş tutub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, SNAV-ın 70-dək nümayəndəsinin iştirak etdiyi tədbirdə ölkəmizin turizm potensialına həsr edilmiş videotəqdimat olub.
Qeyd edək ki, SNAV üzvlərinin ölkəmizə səfəri çərçivəsində Fransada Azərbaycanın yeni turizm istiqaməti kimi təşviq edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası və Fransanın Turizm Agentliklərinin Milli Sindikatı arasında anlaşma memorandumu imzalanıb.