SOCAR hava şəraiti ilə əlaqədar dənizdə təhlükəsizlik tədbirlərini gücləndirir
Bakı, 11 mart, AZƏRTAC
SOCAR hava şəraiti ilə əlaqədar dənizdə təhlükəsizlik tədbirlərini gücləndirir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, martın 11-13-də hava şəraitinin dəyişəcəyinə, açıq dənizdə küləyin sürətinin arabir tufan həddinə çatacağına dair proqnozla əlaqədar SOCAR-ın dəniz mədənlərində yüksək dərəcəli təhlükəsizlik tədbirləri həyata keçirilib. Son dövrdə dəniz özül və konstruksiyalarının gücləndirilməsi nəticəsində infrastrukturun sabitliyi və dalğalara qarşı davamlılığı daha da artırılıb. Əvvəlcədən görülmüş tədbirlərlə yanaşı, işçilərin təhlükəsizliyini maksimum səviyyədə təmin etmək üçün bir sıra obyektlərdən əməkdaşların təxliyəsi həyata keçirilir.
Hava şəraitinin kəskin pisləşməsi ilə bağlı açıq hava şəraitində işlər məhdudlaşdırılıb, qurğular təhlükəsiz vəziyyətə gətirilib. Mümkün fövqəladə vəziyyətin qarşısını almaq üçün digər təşkilat və qurumlarla mütəmadi əlaqələr saxlanılır, vəziyyət daimi nəzarət altındadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]