SOCAR ilə “Subsea7” yeni layihələr üzrə potensial əməkdaşlıq imkanlarını nəzərdən keçirib
Bakı, 23 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Subsea7” şirkətinin baş icraçı direktoru Con Evans ilə görüşüb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, görüşdə ötən dövr ərzində “Subsea7” şirkəti tərəfindən ölkəmizdə uğurla həyata keçirilən layihələr barədə məlumat verilib və yeni layihələr üzrə potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Söhbət zamanı “Subsea7” şirkətinə məxsus yeni texnologiyaların Xəzər dənizinin Azərbaycan sektorunda tətbiqinin yeni layihələrə qata biləcəyi dəyərlər barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:19]
® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim
- 24.09.2026 [12:17]
“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb
- 24.09.2026 [11:57]
FAO nümayəndəsi: Dünyada 75 faiz toxum növü yox olub
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]