SOCAR-ın ekologiya idarəsi ictimaiyyətlə görüş keçirəcək
Bakı, 21 may, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ekologiya idarəsi maraqlananları “Tullantı Mərkəzinin genişləndirilməsi layihəsinin Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi” (ƏMTQ) sənədi ilə əlaqədar iyunun 30-da saat 11:00-da Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki mədəniyyət evində keçiriləcək ictimai dinləməyə dəvət edir.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dinləmələr zamanı mütəxəssislər tərəfindən layihənin texniki göstəriciləri, Tullantı Mərkəzində quraşdırılacaq avadanlıq və qurğular, layihə ərazisinin ilkin vəziyyəti, flora və fauna, tikinti və istismar dövründə proqnozlaşdırılan potensial təsirlər və onların yumşaldılması tədbirləri, alternativ variantlar, o cümlədən ekoloji monitorinq və ətraf mühitin idarə edilməsi planları barədə ətraflı məlumat veriləcək, iştirakçıların sualları cavablandırılacaq və təkliflər dinləniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]