SOCAR-ın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Bakı, 12 dekabr, AZƏRTAC
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və SOCAR-ın kollektivi müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, yeni enerji strategiyamızın müəllifi, Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla anaraq məzarı önünə əklil və gül dəstələri qoyublar.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, SOCAR-ın kollektivi, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edib, məzarı üzərinə gül dəstələri düzüblər.