SOCAR-ın prezidenti Gənc İstedadlar Proqramına seçilmiş gənclərlə görüşüb
Bakı, 17 mart, AZƏRTAC
SOCAR-ın prezidenti Rövşən Nəcəf Gənc İstedadlar Proqramına (GİP) seçilmiş gənclərlə görüş keçirib.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, martın 16-da Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) Gənc İstedadlar Proqramına (GİP) seçilmiş gənclər Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi və Azərbaycan Nefti sərgisi ilə tanış olublar.
Daha sonra GİP-də iştirak edən tələbələrlə SOCAR-ın prezidenti Rövşən Nəcəfin görüşü keçirilib. GİP-in iştirakçılarını təbrik edən Rövşən Nəcəf şirkətin korporativ hədəflərinə çatmasında istedadlı gənclərin rolundan və əhəmiyyətindən bəhs edib.
Proqramın bundan öncəki qaliblərinin nailiyyətləri ilə bağlı çıxışlarından sonra, görüş müzakirələr formatında davam etdirilib.