Şoltsun Putinə telefon zənginin təfərrüatı açıqlanıb
Bakı, 16 noyabr, AZƏRTAC
Almaniya Kansleri Olaf Şoltsun Rusiya Prezidenti Vladimir Putinə telefon zəngi Qərb liderləri və Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə razılaşdırılıb.
AZƏRTAC xəbər verir ki, “Bild” qəzetinin məlumatına görə, ABŞ Prezidenti Cozef Bayden, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa lideri Emmanuel Makron oktyabrın 18-də Berlində olarkən Olaf Şolts Vladimir Putinə zəngi barədə tərəfdaşlarını əvvəlcədən məlumatlandırıb. O, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya liderinə zəng edəcəyini bildirib.
Nəşr qeyd edir ki, kanslerin məqsədi Vladimir Putindən ABŞ-da prezident seçkiləri fonunda danışıqlara hazır olub-olmadığını öyrənmək olub.
Almaniyanın Konstitusiya və Suverenlik Şurası qeyri-hökumət təşkilatının rəhbəri Ralf Nimayerin fikrincə, Olaf Şolts Rusiya Prezidentinə zəng etməklə Ukrayna müharibəsinin sülh yolu ilə həllində maraqlı olduğunu nümayiş etdirmək istəyib.
Qeyd edək ki, Rusiya və Almaniya liderləri arasında telefon danışığı noyabrın 15-də baş tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [23:43]
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [22:48]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]