Somali 1,4 milyon doza vəba peyvəndi alıb
Bakı, 1 aprel, AZƏRTAC
Somali ölkədə vəba xəstəliyinə yoluxma hallarının sayının artması ilə əlaqədar olaraq BMT-nin Uşaq Fondundan (UNICEF) 2,5 milyon dollar dəyərində 1,4 milyon doza peyvənd alıb.
AZƏRTAC “The Star” saytına istinadla xəbər verir ki, peyvəndlər xəstəliyin ən çox yayıldığı beş əraziyə paylanacaq. Paytaxt Moqadişoda yanvar ayından bəri 4388 nəfər vəbaya yoluxub və nəticədə 54 nəfər həyatını itirib.
Ümumdünya Səhiyyə məlumatına görə, hazırda qeydə alınan yoluxma hallarının sayı son üç ilin eyni dövründəki orta göstəricidən üç dəfə çoxdur. Vəba xəstəliyinə yoluxmanın bu dərəcədə artması 2023-cü ilin sonunda azı 118 nəfərin ölümünə və 1,2 milyon insanın evini tərk etməsinə səbəb olan “El Nino” hadisələri ilə əlaqələndirilir.
Səhiyyə orqanları və tərəfdaşlar 5,9 milyon dollara başa gələn altıaylıq fəaliyyət planı çərçivəsində xəstəliklə mübarizəyə hazır olduqlarını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]