SON 20 İLDƏ ƏN DƏHŞƏTLİ GƏMİ QƏZASI BAŞ VERMİŞDİR
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla 20 ildə ən fəlakətli gəmi qəzalarının siyahısını təqdim edir.
1986-cı il sentyabrın 1-nə keçən gecə Novorossiysk yaxınlığındakı Semes buxtasında “Pyotr Vasev” yük teploxodu ilə “Admiral Naximov” sərnişin gəmisinin toqquşması nəticəsində 400-dən çox adam həlak olmuşdur.
1987-ci il dekabrın 20-də Filippin sahillərində “Donya Pas” sərnişin bərəsinin tankerlə toqquşması nəticəsində həlak olanların sayı 3132 nəfərə çatmışdır.
1991-ci il dekabrın 14-də Misirin “Salam ekspress” sərnişin gəmisi Qırmızı dənizdə batmış, 476-dan çox sərnişin qəzanın qurbanı olmuşdur.
1992-ci il aprelin 15-də Nigeriya ilə Kamerun arasında reys edən iki bərənin toqquşması nəticəsində 300-dən çox adam itkin düşmüşdür.
1994-cü il sentyabrın 28-də Baltik dənizində “Estoniya” bərəsi batmış, 913 adam həlak olmuşdur.
1998-ci il sentyabrın 18-də Filippin sahillərində “Şərq şahzadəsi” sərnişin bərəsi batmış, 450 sərnişindən təqribən 300-ü itkin düşmüşdür.
1999-cu il dekabrın 23-də yenə də Filippin sahillərində “Trans-Aeyşa şipinq layn” gəmiçilik şirkətinə məxsus sərnişin gəmisi batmışdır. Qəza zamanı 450 sərnişin itkin düşmüşdür.
2002-ci il mayın 4–nə keçən gecə Banqladeşdə “Səlahəddin-2” bərəsi Çandpur şəhəri yaxınlığındakı Meqhna çayında qasırğaya düşmüş, həlak olanların sayı 328 nəfərə çatmışdır.
2002-ci il sentyabrın 27-nə keçən gecə Qambiya sahillərində güclü qasırğa zamanı Seneqalın 1034 sərnişin olan “Cola” bərəsi batmış, təxminən 60 adam xilas edilmişdir.
2003-cü il noyabrın 26-na keçən gecə Konqo çayında iki sərnişin gəmisinin toqquşması nəticəsində 800 nəfər həlak olmuşdur.