Azərbaycan Dövlət İnformasiya Agentliyi

Son 30 ildə zəngin dövlətçilik tariximizə yazılan uğur səhifələri Heydər Əliyev siyasətinin təqdimatıdır

Son 30 ildə zəngin dövlətçilik tariximizə yazılan uğur səhifələri Heydər Əliyev siyasətinin təqdimatıdır

Bakı, 23 iyun, AZƏRTAC

Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan şəxsiyyətlərdən söhbət düşəndə ilk növbədə göz önünə Ulu Öndər Heydər Əliyev gəlir. Dahi liderin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin, torpaq, Vətən, xalq sevgisindən irəli gələn addımlarının miqyası o qədər böyükdür ki, bu nəhəng işləri zamana sığışdırmaq belə mümkünsüzdür. Məhz bu baxımdan Ümummilli Liderin siyasi portretini təqdim edərkən “Zamana sığmayan şəxsiyyət” ifadəsini əminliklə söyləyir və Heydər Əliyev yolunun bundan sonra da müasir müstəqil, qalib Azərbaycana daha möhtəşəm uğurlar qazandıracağını əminliklə bildiririk. Zəngin dövlətçilik tarixinə malik olan Azərbaycan xalqının hər bir sınaqdan uğurla çıxmasını şərtləndirən əsas amillərdən biri onun keçmişini unutmayaraq bu günü ilə qürur duyması və gələcəyə böyük inamla addımlamasıdır. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadığı faciələr, təhlükələr tariximizin qaranlıq səhifəsi kimi daim vərəqlənir.

Amma diqqət çəkən məqam budur ki, xalq bütün çətinliklərə, təhlükələrə baxmayaraq sabaha ümidini itirmədi. Xalqda belə bir əminlik var idi ki, daim çətin anlarda xalqının yanında olan Ümummilli Lider Heydər Əliyev yenə də onları tək qoymayacaq, tarixi nailiyyətimiz kimi dəyərləndirdiyi müstəqilliyimizin itirilməsinə laqeyd qalmayaraq, öz zəngin idarəçilik təcrübəsindən istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxaracaq. Elə də oldu. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda Azərbaycan xalqı təkidlə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və ölkənin o dövrkü rəhbərliyi Ümummilli Lideri Bakıya dəvət etməyə məcbur oldu. Xalqın təkidli tələbi ilə 9 iyun tarixində Bakıya gələn Ümummilli Lider Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. 24 iyun 1993-cü il tarixində isə Milli Məclisin iclasında Prezident səlahiyyətlərinin Ali Sovetin Sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul edildi. Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək, yəni prezident seçkilərinə qədər Ali Sovetə rəhbərlik etdiyi dövrdə Azərbaycanın parlamentarizm ənənələri daha da təkmilləşdirildi, qanunverici orqana yeni bir nəfəs gəldi. Ulu Öndər ilk gündən etibarən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini diqqət mərkəzində saxlayaraq bu istiqamətdə davamlı islahatların reallaşdırılmasını təmin etdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə söyləyib.

Vüqar Rəhimzadə qeyd edib: “Proseslərin sonrakı inkişafı bir daha göstərdi ki, Ümummilli Lider Heydər Əliyev həm Ali Sovetin Sədri, həm də 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsindən sonrakı illərdə daim xalqına arxalanaraq və zəngin dövlətçilik təcrübəsinə, uzaqgörən siyasətinə söykənərək təkmil qətiyyətli idarəçilik sistemini yaratdı. Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyi və sarsılmazlığı təmin edildi, dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün mühüm addımlar atıldı. Ölkədə demokratik dövlət quruculuğu, siyasi plüralizm, vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatı prinsipləri bərqərar edildi. Son nəticədə dahi şəxsiyyət Heydər Əliyev adını xalqımızın dövlətçilik tarixinə müasir müstəqil, demokratik Azərbaycan dövlətinin banisi kimi həkk etdi”.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev yolunun aydın mənzərəsini təqdim edir. Azərbaycanın ötən hər gününü tarixinə uğur səhifəsi kimi yazması məhz möhkəm təmələ əsaslanan siyasətin nəticəsidir. Bu gün ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının çoxalması, enerji sektorunda ölkəmizlə əməkdaşlığın qurulmasına və bu prosesin coğrafiyasının genişləndirilməsinə marağın daha da artmasının fonunda yeni layihələrin gündəmə gətirilməsi Heydər Əliyevin dünya təcrübəsinə əsasən müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının nəticəsidir. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bu günümüzə hesablanmış mühüm addımlar sırasındadır. Artıq Azərbaycanla ənənəvi enerji ilə yanaşı, bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri də gündəmdədir. Dövlətimizin başçısı İlham Əliyev tarixi Zəfərimizdən sonra keçirdiyi bütün görüşlərdə Azərbaycanın enerji uğurlarından bəhs edərkən diqqəti işğaldan azad edilmiş ərazilərimizin malik olduğu bərpa olunan enerji resurslarına yönəldir. Azərbaycan “Əsrin müqaviləsi”nin imzalanması ilə əldə etdiyi uğurların miqyasını genişləndirməklə 2017-ci ildə etibarlı tərəfdaş olaraq mövqeyinin möhkəmlənməsinin göstəricisi kimi dünyanın nəhəng neft şirkətləri ilə “Yeni əsrin müqaviləsi”ni imzaladı. Bu gün Heydər Əliyevin neft strategiyasının uğurlu icrası nəticəsində reallığa çevrilən layihələr dünyanın enerji xəritəsinin yenidən tərtibində əhəmiyyətli rol oynayır.

Vüqar Rəhimzadə iqtisadi inkişafın davamlılığı fonunda Azərbaycanın digər sahələrdə qazandığı uğurlardan da geniş bəhs edib. Bildirib ki, müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş qabiliyyətinin artırılması üçün bütün zəruri işlər görüldü. Azərbaycanın öz missiyasını layiqincə yerinə yetirməyə qadir ordusu formalaşdı. Yaradılan möhkəm təməl bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşmasını şərtləndirdi. Ən əsası 30 il davam edən işğala 44 gündə son qoyan Azərbaycan Silahlı Qüvvələri belə bir reallığı təsdiqlədi ki, müharibə şəraitində yaşayan ölkənin güclü, qüdrətli ordusunun olması vacibdir. Ümummilli Liderin çağırışlarında belə bir məqam xüsusi qeyd edilirdi ki, sülh danışıqlarını cəsarətli aparmaq üçün güclü ordun olmalıdır. Ümummilli Liderin hakimiyyətə qayıdışının ilk günündən qarşıya qoyduğu əsas hədəflərdən biri də Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın yaradılması idi. Qısa müddətdə ölkəmizin ətrafında yaradılan informasiya blokadasının aradan götürülməsinə nail olundu. Eyni zamanda, Azərbaycanın ayrı-ayrı nüfuzlu dövlətlərlə ikitərəfli əsasda beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri daha da möhkəmləndirildi. BMT Təhlükəsizlik Şurasının qətnamələrində ərazi bütövlüyümüzün bərpa edilməsi, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması, erməni silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapdı. Bütün bunlar banisi Ulu Öndər olan müasir müstəqil dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin nəticəsi idi. Ulu Öndər Heydər Əliyev öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızla görüşlərində bu əminliyi ifadə edirdi ki, ərazi bütövlüyümüz bərpa olunacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə xalqa tarixi müraciətində də bu inam öz əksini tapmışdı ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, bu gün Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizdə yeni inkişaf strategiyası həyata keçirilir. Dövlətimizin başçısı bu illər ərzində ölkəmizdə bütün sahələrin müasir tələblərə uyğun inkişafını təmin edib. Azərbaycanın iqtisadi müstəqilliyi gücləndikcə siyasi mövqeyi də möhkəmlənir. Ordu quruculuğu sahəsində də mühüm addımlar atılıb və bu proses hazırda uğurla davam etdirilir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bütün bu uğurların, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, Xalq-Prezident-Ordu birliyinin təqdimatı oldu. Xalqımız dövlətimizin başçısının hər bir vədinin real həyatda şahidi olur. Prezident İlham Əliyevin qətiyyəti sayəsində ərazi bütövlüyümüzün bərpa olunması hər birimizi qürurlandırır, sabaha daha böyük inamla addımlamağa stimul verir. Ali Baş Komandan İlham Əliyev adını tariximizə qalib Sərkərdə kimi qızıl hərflərlə yazdı.

Xalqımız daim bu əminliyi də ifadə edir ki, dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində Qarabağ və Şərqi Zəngəzur dirçələcək, Böyük Qayıdış proqramı uğurla başa çatacaq, soydaşlarımız tezliklə doğma yurd-yuvalarına qayıdacaqlar. Hər yeni dövr ölkəmizin həyatında böyük uğurlarla xarakterizə edilir. Son 30 ildə dövlətçilik tariximizə yazılan uğur səhifələri Heydər Əliyev siyasətinin təqdimatıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır