SON İKİ İLDƏ BİLƏSUVARDA 7900-DƏN ÇOX İŞ YERİ AÇILMIŞDIR
Biləsuvar Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, ötən iki ildə burada 2909 yeni, 5000-dən yuxarı mövsümi və müvəqqəti iş yeri açılmışdır. “Biləsuvar-Quşçuluq”, “Biləsuvar-Pambıq” açıq səhmdar cəmiyyətləri, “ABA” mebel şirkəti və asfalt zavodunda yeni texnoloji xətlər yaradılmaqla istehsal imkanları xeyli artırılmışdır. Rayonda tikinti, quruculuq və abadlıq işləri geniş vüsət almışdır. Bütün bunlar daimi və mövsümi iş yerlərinin yaranmasına imkan verir.