Azərbaycan Dövlət İnformasiya Agentliyi

SOS UŞAQ KƏNDLƏRİ–AZƏRBAYCAN”ASSOSİASİYASININ FƏXRİ PREZİDENTİ SEVİL ƏLİYEVANIN ÇIXIŞI

- Əziz dostlar!

Sizinlə bugünkü görüşdə iştirak etməyimdən çox şadam. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası artıq 6 ildir ki, yaranmışdır və ölkəmizin həyatında fəal rol oynayır. Assosiasiyanın gördüyü bütün işlər barədə xəbərim var və onun həyatında baş verən hadisələrdə iştirak edirəm. Mən bu Assosiasiyaya atam Heydər Əliyevin tövsiyəsi ilə rəhbərlik edirəm və buna çox şadam.

İndi dünyanın hər yerində valideyn himayəsindən məhrum olmuş uşaqlara ailə şəraitindəki kimi qayğı göstərməyin yolları barədə düşünürlər. Mənə elə gəlir ki, SOS ideyası bu baxımdan ən münasib və uğurlu yol sayıla bilər. Valideyn himayəsindən məhrum olmuş uşaqlar və uşaq sevgisinə həsrət qalmış qadınlar burada, demək olar ki, öz səadətini tapmışlar. Buradakı uşaqlar yenidən isti Ana nəfəsi duymuş, özlərini təhlükəsiz hiss etmişlər, qadınlar isə bu körpələrin dilindən ilk dəfə özlərinə deyilən Ana sözü eşitmişlər. Həyatda bundan gözəl nə ola bilər!

Ana sözü mənim üçün müqəddəs, Tanrı sözünə bərabər sözdür. Mən bu sözü yazılarımda da böyük hərflə yazıram. Çünki bu söz son dərəcə ülvi bir məna daşıyır. Əminəm ki, bu, hər birimiz üçün ən məsuliyyətli, ən vacib sözdür. Belə olmalıdır və Həyat bəxş edən Ana öz körpəsini düzgün tərbiyə etdikdə, ona ən yaxşı insani hisslər və vətəndaşlıq keyfiyyətləri aşılamağı bacaranda həmişə belə də olur. Axı, bugünkü uşaqlar cəmiyyətimizin gələcəyidir.

Xatirimdədir, atam Heydər Əliyev görüşlərindən birində uşaqları cəmiyyətimizin aynası adlandıraraq demişdir: Bizim arzumuz budur ki, bu ayna həmişə ləkəsiz, təmiz və işıqlı olsun.

Buna nail olmağın yəqin ki, müxtəlif yolları və vasitələri var. Həmişə məhəbbətin, qarşılıqlı hörmətin, bir-birinə diqqət və qayğının hökm sürdüyü ailədə böyümüş bir insan kimi mən hesab edirəm ki, buna nail olmağın başlıca yolu sevməyi bacarmaq, səmimi münasibətlər, sözün ən geniş mənasında xeyirxahlıqdır. Uşaqlıqdan bizə məhz bu keyfiyyətləri aşılamışlar və hesab edirəm ki, bütün bunlar bizim şəxsiyyət kimi formalaşmağımızda mühüm rol oynamışdır. Bəlkə də bu keyfiyyətləri məndə görən atam mənə həmin təşkilata rəhbərlik etməyi təklif etmişdir. O, təkcə bizimlə, övladları ilə deyil, ümumiyyətlə, bütün uşaqlarla ünsiyyətdən böyük məmnunluq duyurdu. Buna görə də onlarla tez-tez görüşür, hərtərəfli qayğı göstərir və həmişə deyirdi: Biz böyüklər bircə təbəssümlə uşaqlara dünyaları bəxş edə bilərik.

Mən istəyirəm ki, biz bu sözləri unutmayaq və uşaqlara tez-tez təbəssüm bəxş edək, onlara elə münasibət bəsləyək ki, hər biri balaca qəlbi ilə bizim Ana məhəbbətimizi hiss etsin.

Mən əminəm ki, burada, bizim Uşaq kəndində hər şey məhz belədir. Axı, məhəbbətin hüdudu yoxdur. Ona görə də özlərini burada yaşayan uşaqların tərbiyəsinə həsr etmiş, onların qayğısına qalan Analara minnətdarlığımı bildirirəm. Analara möhkəm cansağlığı və dözüm arzulayaraq, bir daha demək istəyirəm: Məhəbbətinizi, təbəssümünüzü əsirgəməyin, uşaqlara daim qəlbinizin hərarətini bəxş edin.

Siz bunun bəhrəsini görəcəksiniz, hamımız görəcəyik, Vətənimiz bunun bəhrəsini görəcəkdir.

Mən bunu öz şəxsi təcrübəmdən bilirəm. Mən də uşaq olmuşam, indi isə Anayam. Qəlbimizin hərarətinə, bizim köməyimizə və diqqətimizə uşaqların necə ehtiyacı olduğunu bilirəm.

Uşaqlara qayğı hər bir cəmiyyətdə əsas sosial problemlərdən biridir. Təəssüf ki, hər il yüzlərlə, minlərlə uşaq valideyn himayəsindən məhrum olur. Allaha şükürlər olsun ki, Azərbaycanda ailə ənənələri digər ölkələrə nisbətən daha möhkəm olduğuna görə, bu rəqəm o qədər də böyük deyildir. Amma hər halda, bizim ölkəmizdə də valideyn himayəsindən məhrum olan uşaqlar vardır. Bu, reallıqdır. Ona görə də bizim Assosiasiyanın belə uşaqlardan, heç olmasa, 118-nə ailə hərarəti, Ana məhəbbəti bəxş etdiyini görmək çox xoşdur. Bu, ilk növbədə, Heydər Əliyevin xüsusi qayğısı, habelə xaricdən olan xeyirxah insanların dəstəyi və SOS işinə cəlb olunmuş insanların fədakarlığı sayəsində mümkün olmuşdur.

Mən, zənnimcə, heç də sadə olmayan daha bir məsələyə toxunmaq istəyirəm. Bunu deyərkən, bizim uşaqların xarici vətəndaşlar tərəfindən övladlığa götürülməsini, əslində, onların xaricə satılmasını nəzərdə tuturam. Hesab edirəm ki, bu, düzgün deyildir. Axı, yetkinlik yaşına çatmayan uşaq öz gələcəyini müəyyən edə bilməz. Ona görə də, hətta formal da olsa, məhz bu səbəbə görə azyaşlı uşaqlarla alver etmək olmaz.

Əlbəttə, doğulduqları ölkədən aparılan uşaqların sonrakı taleyinin xoşbəxt olduğu hallar da var. Ancaq gələcək vətəndaşlarımızı itirməyə dəyərmi? Yaxşı olmazmı ki, elə yollar axtarıb tapaq ki, onlar öz doğma torpağında, öz ölkəsində sağlam və xoşbəxt böyüsünlər?!

Bu baxımdan atamın öz çıxışlarından birində dediyi sözləri xatırlamaq istəyirəm. O demişdir ki, beynəlxalq təşkilatlar tərəfindən ona edilən bütün təkliflərdən ən çox “SOS Kinderdorf İnternəşnl” təşkilatının təklifini qiymətləndirir. Həmin təşkilat Azərbaycanda məhz bu istiqamətdə işləmək istədiyini bildirmişdir. Mən çox şadam ki, bu təşkilatın fəaliyyəti ölkəmizdə də geniş vüsət almışdır. Məsələn, indi Gəncədə də SOS Uşaq Kəndinin tikintisi başa çatmışdır, Analar və uşaqlar tezliklə öz evlərinə köçəcəklər. Bu, Heydər Əliyevin arzusu idi. Biz xoşbəxtik və fəxr edirik ki, onun arzusu həyata keçir. Ümidvaram ki, çox tezliklə biz Uşaq kəndinin təntənəli açılışında birlikdə iştirak edəcəyik.

Fürsətdən istifadə edərək, “SOS Kinderdorf İnternəşnl” təşkilatının regional direktoruna və bütün rəhbərlərinə ölkəmizə göstərdikləri xoş münasibətə görə dərin minnətdarlığımı bildirirəm. Biz çox gözəl başa düşürük ki, qısa müddətdə bir ölkədə 2 SOS Uşaq Kəndinin yaradılması barədə qərar qəbul etmək çox nadir hadisədir. Hesab edirəm ki, bu, həm də bizim aramızda yaranmış, həqiqətən, mehriban münasibətləri göstərir və biz gələcəkdə bunu daha da inkişaf etdirməliyik.

Əziz həmkarlarım, mənə bir daha göstərdiyiniz yüksək etimada görə hamınıza təşəkkür etmək, çətin, lakin çox xeyirxah işinizdə sizə ürəkdən uğurlar arzulamaq istəyirəm.

X X X

Sevil xanım Əliyevaya hədiyyələr təqdim olundu.

Uşaqların nümayiş etdirdiyi bədii proqram böyük maraqla qarşılandı.

Assosiasiyanın fəxri prezidenti Uşaq kəndi kollektivinin üzvləri ilə xatirə şəkli çəkdirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb