Sosial sahibkarlıqla maraqlanan gənclər üçün fürsət: “Hult Prize” yarışı
Bakı, 21 dekabr, AZƏRTAC
Dekabrın 23-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Hult Prize” yarışı ilə bağlı infosessiya keçiriləcək.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, “Hult Prize” bütün dünyada gəncləri sosial sahibkarlıq vasitəsilə planetin ən aktual problemlərini həll etməyə çağırır. Yarış bir neçə mərhələdən ibarətdir və ən son mərhələdə qalib olan 1 milyon ABŞ dolları qazanmaq imkanı əldə edəcək. “Hult Prize” yarışının ilk mərhələsi “OnCampus”dur. Universitet daxilində ən yaxşı ideyaya sahib olan qalib digər mərhələlər üçün xarici ölkələrə göndərilir. Yarış hər il bir mövzu üzrə təşkil edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:09]
Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində
- 16.10.2026 [14:06]
Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar
- 16.10.2026 [11:38]
ADU beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir
- 16.10.2026 [11:31]
UNEC beynəlxalq reytinqdə uğur qazanıb
- 16.10.2026 [11:20]
AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub
- 16.10.2026 [10:27]