Şotlandiyada iki güclü yanğın baş verib
London, 13 sentyabr, AZƏRTAC
Şotlandiyanın Dundee vilayətində gün ərzində iki güclü yanğın baş verib.
İlk yanğın Hilltoun qapalı bazarında baş verib. Hadisə yerinə 60-dan çox yanğınsöndürən maşın cəlb olunub.
Şotland polisinin verdiyi məlumata görə, bina ciddi zədələnib.
İkinci yanğın Braevieu Akademiyasında olub. Yanğın binanın dam hissəsindən başlayaraq yayılıb. Şotland Yanğın və Xilasetmə Xidmətindən bildirilib ki, yanğın zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, yanğın baş verən akademiyanın yaxınlığında Viktoria və Albert muzeylərinın Londondan sonra ilk filialının açılışı gözlənilir.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.05.2026 [12:42]
Gürcüstan parlamentinin sədri son 20 ildə ilk dəfə Çinə səfər edib
- 18.05.2026 [10:41]
Kreml: Nüvə silahı Rusiyanın təhlükəsizliyinin “təməl daşıdır”
- 18.05.2026 [10:27]
BMT: Nüvə terroru təhlükəsi heç vaxt bugünkü qədər yüksək olmayıb
- 18.05.2026 [08:37]
Media: Pentaqon İrana zərbələr endirilməsi üçün planlar hazırlayıb
- 18.05.2026 [07:58]
Çinin cənubunda zəlzələ baş verib, minlərlə insan təxliyə edilib
- 18.05.2026 [05:25]
FT: Qlobal enerji böhranı yeni mərhələyə qədəm qoyur
- 18.05.2026 [03:11]