SOYQIRIM QURBANLARININ XATİRƏSİ YAD OLUNMUŞDUR
Martın 31-də Əli Bayramlı ictimaiyyəti soyqırım qurbanlarının xatirəsini yad etmişdir. Keçirilən mitinqdə tarixdə oxşarı olmayan erməni vəhşiliyi qətiyyətlə pislənilmiş, tarixin ibrət dərslərinin unudulmayacağı bildirilmişdir. Faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoyulmuş, qan yaddaşımızı oyadan poetik nümunələr səsləndirilmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, həmin gün Salyan, Saatlı, Sabirabad, İmişli, Neftçala, Biləsuvar və Hacıqabul rayonlarında da azərbaycanlıların soyqırımına həsr olunmuş anma mərasimləri keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]