SOYQIRIMI YADDAŞLARDAN SİLİNMƏYƏCƏKDİR
AZƏRTAC-ın verdiyi xəbərə görə, Azərbaycan Dövlət İqtisad Universitetində 31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş yığıncaq keçirilmişdir. Universitetin rektor əvəzi, professor Telman Hüseynov erməni millətçilərinin törətdikləri faciələrdən danışmış və bu qanlı hadisəyə yalnız xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyev yenidən hakimiyyətə qayıdandan sonra siyasi qiymət verildiyini vurğulamışdır.
Professor Bəhruz Abdullayev və digər natiqlər Azərbaycan torpaqlarında ermənilərin törətdikləri cinayətlərdən, son 200 ildə xalqımızın başına gətirdikləri müsibətlərdən danışmış, minlərlə soydaşımızın düşmən xəyanətinin qurbanı olduğunu bildirmişlər.
1918-ci il qırğınlarının qarşısının alınmasında qardaş türk əsgərlərinin rəşadəti xüsusi vurğulanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]