ŞRİ-LANKA DEMOKRATİK SOSİALİST RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB MAHİNDA RACAPAKSEYƏ
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Şri-Lanka arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 21 yanvar 2008-ci il.