“Standard Insurance” şirkətinin əmlaklarının satışı ilə bağlı növbəti hərrac keçiriləcək
Bakı, 1 mart, AZƏRTAC
Ləğvetmə prosesində olan ASC “Standard Insurance” sığorta şirkətinin əmlaklarının satışı ilə bağlı martın 5-də növbəti hərrac keçiriləcək.
Şirkətin ləğvetmə komissiyasından AZƏRTAC-a bildirilib ki, “Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-nin təşkilatçılığı ilə keçiriləcək hərraca “Standard Insurance” sığorta şirkətinə məxsus cədvəldə göstərilmiş avtomobillər satışa çıxarılıb.
|
S/N |
Model |
Marka |
Buraxılış ili |
Dövlət nömrə nişanı |
İlkin satış qiyməti (manatla) |
|
1 |
CHEVROLET |
COBALT |
2014 |
99PD236 |
7 000 |
|
2 |
TOYOTA |
CAMRY |
2014 |
10PU799 |
22 500 |
|
3 |
HYUNDAI |
TUCSON |
2009 |
90AH683 |
11 000 |
|
4 |
HYUNDAI |
ACCENT(hecbek) |
2015 |
99PB783 |
10 500 |
Hərracla bağlı daha ətraflı məlumatları aşağıdakı linklərdən əldə etmək mümkündür:
https://tap.az/elanlar/neqliyyat/avtomobiller/24049128
https://tap.az/elanlar/neqliyyat/avtomobiller/24049735
https://tap.az/elanlar/neqliyyat/avtomobiller/24048888
https://tap.az/elanlar/neqliyyat/avtomobiller/24049038
Şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən, açıq hərrac yolu ilə satışının təşkili davam edəcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.