Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə uğurla çıxış edirlər
Bakı, 24 sentyabr, AZƏRTAC
Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Wtt Youth Contender Tbilisi” turniri davam edir.
AZƏRTAC xəbər verir ki, bu gün 11 yaşadək tennisçilərin yarışında qüvvəsini sınayan Yağmur Məmmədlinin startı uğurlu alınıb. Keçirdiyi iki qarşılaşmadan qalib ayrılan tennisçi sabah mükafatlar uğrunda görüşlərdə etimadı doğrultmağa çalışacaq.
Bu gün 15 yaşadək idmançıların turnirinə qatılan Mərziyyə Nurmətova da qrup mərhələsini inamla adlayaraq onaltıdabir finala vəsiqə qazanıb. O, sentyabrın 25-də mübarizəni davam etdirəcək.
Qeyd edək ki, yarışda 18 ölkənin idmançıları bacarıqlarını göstərirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]