STOMATOLOQLARIN QURULTAYINDA AZƏRBAYCAN NÜMAYƏNDƏLƏRİ DƏ İŞTİRAK ETMİŞLƏR
Qurultayda Özbəkistan stomatoloqlarının əldə etdikləri uğurlardan, həmçinin problem və qayğılardan söhbət açılmış, bu sahədə inkişaf etmiş ölkələrin stomatoloqlarının təcrübəsindən bəhrələnmək, yeni texnikanın tətbiqi və s. məsələlərdən danışılmış, təcrübə mübadiləsi aparmağın vacibliyi vurğulanmışdır.
Rəna Əliyeva Azərbaycan Stomatoloqlar Assosiasiyasının fəaliyyəti, bu sahədə ölkəmizdə olan vəziyyət barədə danışmışdır.