STRASBURQDA SƏNƏD İMZALANMIŞDIR
Konvensiya və ona əlavə protokollar iqtisadi, sosial və humanitar sahələrdə transsərhəd əməkdaşlığın gücləndirilməsinə yönəldilmişdir. Azərbaycan tərəfi həmin sənədləri qeyd-şərtlə ratifikasiya etmişdir. Belə ki, Azərbaycan tərəfi bəyan etmişdir ki, onun üçün həmin sənədlərin maddələri Ermənistan tərəfindən hərbi təcavüz nəticəsində zəbt edilmiş ərazilərdə tətbiq olunmur. Bu qeyd-şərt ratifikasiya üzrə bildirişdə öz əksini tapmışdır. Ölkəmiz tərəfindən AŞ-nin baş katibinə həmin sənədlərlə bərabər, Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizin xəritəsi də təqdim olunmuşdur.
Avropa Şurasının hüquqi işlər üzrə müdiriyyətindən verilən məlumata görə həmin beynəlxalq sənədlər AŞ və Azərbaycan tərəfləri üçün bir ay müddətindən sonra qüvvəyə minir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]