Strasburqun mərkəzi məscidində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Strasburq, 26 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyi Strasburqda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bir sıra tədbirlər təşkil edib.
AZƏRTAC xəbər verir ki, “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində keçirilən silsilə tədbirlər çərçivəsində fevralın 25-də Strasburq Diyanət İşləri Türk İslam Birliyinin mərkəzi məscidində cümə xütbəsi zamanı möminlərə Xocalı soyqırımı haqqında məlumat verilib, qətlə yetirilmiş günahsız insanların xatirəsi ehtiramla yad edilib və onların ruhlarına dualar oxunub.
Belə faciələrin təkrarlanmaması üçün bu qətliam heç zaman unudulmamalı və ədalətin təmin edilməli olduğu, habelə Ermənistan silahlı qüvvələrinin törətdiyi bu qanlı hadisələrdən lazımı nəticələrin çıxarılmasının vacibliyi vurğulanıb.
Minə yaxın şəxsin iştirak etdiyi mərasimdə “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində hazırlanan broşürlər paylanılıb və ehsan verilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]