“Ştutqart” aeroportunda yanğın uçuşların ləğvinə və gecikməsinə səbəb olub
Berlin, 2 oktyabr, AZƏRTAC
Almaniyanın Ştutqart şəhər aeroportunda baş verən kabel yanğını hava limanının fəaliyyətində ciddi problemlər yaradıb.
AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, hadisə ilə əlaqədar fəaliyyəti müvəqqəti olaraq tamamilə dayandırılan aeroportda hazırda iş qismən bərpa edilsə də, nasazlıqlar və aviareyslərin ləğvi davam edir.
Yanğın terminallardan kənarda yerləşən xidməti binalardan birində baş verdiyi üçün sərnişinlərə birbaşa təsir etməyib. Yanğının səbəbi və zərərin miqyası araşdırılır. Hava limanı ilk reyslərin ləğv edildiyini açıqlayıb. Aeroportun internet səhifəsində isə sərnişinlərə uçuş vəziyyətini mütəmadi yoxlamaları və aviaşirkətlərdən məlumat almaları tövsiyə olunub.
Hadisə ilə əlaqədar ötən gün axşam saatlarında təxminən bir saat ərzində bütün uçuşlar tamamilə dayandırılıb. Yanğın elektrik təchizatının bəzi hissələrini sıradan çıxarıb ki, bu da uçuş-eniş zolaqlarının işıqlandırılmasına təsir göstərib. Nəticədə Ştutqartdan bütün uçuşlar ləğv edilib. Gecəyə yaxın eniş zolağı istifadəyə verilib və gələn təyyarələrin qəbulu mümkün olub. Bəzi uçuşlar müvəqqəti olaraq ətrafdakı hava limanlarına yönləndirilib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]