Azərbaycan Dövlət İnformasiya Agentliyi

Süd vəzisi xərçənginə kişilər arasında da rast gəlinir

Süd vəzisi xərçənginə kişilər arasında da rast gəlinir

Bakı, 3 noyabr, AZƏRTAC 

Qadınlarda süd vəzisi xərçənginin əmələ gəlməsi ya bilavasitə qadın orqanizmi, yəni daxili ( endogen) faktorlarla, ya da ətraf mühitdən təsir edən amillərlə əlaqədardır. Daxili faktorlar dedikdə, qadın reproduktiv sisteminin vəziyyəti, menstruasiya dövrünün erkən, yəni 12 yaşdan tez başlanması, menopauzanın gec-təxminən 50-55 yaşdan sonra yaranması, doğuşların sayının az olması, sonsuzluq, ginekoloji anamnezli bir neçə abortun, o cümlədən ilkin doğuşun 35 yaşdan sonra olması nəzərdə tutulur. Bununla yanaşı, qadınların laktasiya dövründə körpələrinə süd verməkdən imtina etməsi, qaraciyər, qalxanvarı vəzi, böyrək, böyrəküstü vəz, hipofiz və hipotalamusun xəstəlikləri, piylənmə, bəzi ginekoloji problemlər də bu faktorlara aiddir. Bundan başqa vaxtında aşkar olunmamış və müalicə edilməmiş hormonal dəyişikliklər, yumurtalıqlarda gedən dishormonal proseslər, xroniki iltihabi xəstəliklər və s. də süd vəzisi xərçənginin əmələ gəlməsinə səbəb olur. Həmçinin az intensivlikli faktorlara süd vəzinin travma almasını, mastitləri, süd vəzisində nə vaxtsa aparılmış əməliyyatları, həmin orqandakı axardaxili papillomaları, bəzi xoşxassəli şişləri nümunə göstərmək olar. Bu problemlər uzun müddət aşkar və müalicə olmadıqda xərçəng əmələ gətirə bilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının süd vəzi cərrahiyyəsi şöbəsinin müdiri, Onkologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Nigar Mehdiyeva məlumat verib.

-Süd vəzisi xərçənginə ən çox hansı yaş qruplarında rast gəlinir?

-Süd vəzisi xərçənginə ən çox ortayaşlı və yaşlı qadınlar arasında rast gəlinir. Kişilər arasında da bu xəstəlik müşahidə olunur. Lakin bu rəqəm ümumi nəticənin 0,7-1 faizinə bərabərdir. Qadınlarda erkən rast gəlinən süd vəzisi xərçəngi 40 yaşadək olan dövrü əhatə edir. Bunların əksəriyyəti irsi genetik mutasiyalar nəticəsində yaranır. Lakin bu o demək deyil ki, əgər nəsildə kimdəsə, bu xəstəlik varsa, həmin nəslin bütün qadınlarında xərçəng aşkar olunacaq. Birinci dərəcəli qohumlar arasında müşahidə olunan müəyyən əlamətlər ailə həkiminin nəzarəti altında olmağı tələb edir. Xərçəngin hansısa növündən əziyyət çəkən hər bir şəxsin ailə üzvləri də mütəmadi olaraq həkim kontrolundan keçməli, genetik müayinə olunmalıdır. Çox yüksək risk qrupuna alkoqollu içki içənlər və siqaret çəkənlər aiddir. Bir çox ölkələrdə aparılan tədqiqatlar nəticəsində məlum olub ki, alkoqoldan və siqaretdən istifadəni azaltmaqla süd vəzisi xərçəngi riskini 6 faiz aşağı salmaq olar.

-Xəstəliyin simptomları hansılardır?

-Əfsuslar olsun ki, xəstəliyin erkən mərhələdə qeydə alınan spesifik simptomları yoxdur. Lakin əgər qadın süd vəzisində hər hansı törəmə hiss edirsə, gilədən xüsusilə qanlı ifrazat gəlirsə, daimi ağrılar, qızartı, süd vəzisinin ölçülərinin böyüməsi və ya kiçilməsi, şişkinlik, qoltuqaltı və körpüüstü nahiyələrdə törəmə və ya limfa düyünlərində dəyişiklik hiss olunursa həkimə müraciət etmək lazımdır. Bundan əlavə gilə və ariolada hər hansı bir dəyişikliyin, pulcuqlamanın, yaralanmanın olması, dərinin, gilənin içəriyə çəkilməsi də xərçəngin simptomları arasındadır.

-Xəstəliyi ağırlaşmadan nə cür müəyyən etmək olar?

-Süd vəzi skrininqi onun erkən mərhələdə aşkar olunması üçün vacib üsullardandır. Həm xərçəngin yaranmasının, həm də gecikmiş hallarda aşkarlanmasının qarşısını almağa kömək edən bu metod illər ərzində özünü doğruldub. Ümumiyyətlə, 40 yaşdan sonra qadınlar ildə bir dəfə mamoqrafiya və ultrasəs müayinəsindən, 40 yaşadək olanlar isə heç bir patologiya yoxdursa, ildə bir dəfə ultrasəs müayinəsindən keçməlidirlər. Həmçinin mamoloqun nəzarəti altında olmaq tövsiyə edilir. Ümumiyyətlə, süd vəzisi xərçənginin müxtəlif formaları var. Aqressiv formasına interval xərçəngi də deyirlər. Yəni bu növ iki mamoqrafiya müayinəsi arasında meydana gəlir.

-Xəstəliyin hansı mərhələdə aşkarlanması müalicəni daha effektiv edir?

-Xəstəlik nə qədər tez aşkarlanarsa, müalicə bir o qədər effektiv və uğurlu olar. Ümumiyyətlə, xərçəngin inkişaf mərhələsinə keçməsi qənaətbəxş hesab edilmir. Birinci və ikinci A mərhələsində, o cümlədən epiteldaxili mərhələdə xəstənin 5 illik yaşam göstəriciləri 95-97 faizə bərabər olur. Dördüncü mərhələ uzaq metastazların olması mərhələsidir. Lakin bu ölüm hökmü kimi qəbul edilməməlidir. Müasir terapiyaların köməyi ilə xəstəlikdən əziyyət çəkənlər yaşamaq şansı əldə edirlər.

-Süd vəzisi xərçəngi ilə mübarizə aparan qadınların bir qorxusu var, həmin orqanın amputasiyası... Bu barədə nə deyə bilərsiniz?

-Süd vəzisi əməliyyatı radikal əməliyyatdır. Süd vəzisinin limfa düyünləri ilə birgə götürülməsi mastektomiyadır. Qadınlar kosmetik cəhətdən bu əməliyyata razılıq vermirlər. Mastektomiyadan getdikcə daha az hallarda istifadə olunur. İndiki zamanda bir sıra orqansaxlayıcı əməliyyatlar, kimyəvi dərman terapiyası, şüa terapiyası, hədəf terapiyası mövcuddur. Lakin bəzən müalicələr istənilən nəticəni vermədikdə xəstənin həyatı və sağlamlığı daha vacib olur ki, bu zaman mastektomiya əməliyyatı icra edilir.

-Sonda qadınlara tövsiyələriniz...

- İstənilən qadın 18 yaşdan başlayaraq öz orqanizminə diqqət yetirməlidir. Süd vəzisində hər hansı bir narahatlıq, problem varsa, həkimə, mamoloqa müraciət etməlidir. Bundan əlavə, qadınların özünümüayinə üsulları var. Güzgünün qarşısında dayanıb, əllər başın arxasında və beldə olan vəziyyətdə süd vəzilərinin forması, yerləşməsi, ölçüsü, gilələrin vəziyyəti, dəridə olan dartılma və yerdəyişmələrinə baxılmalıdır. Bu müayinə həm ayaq üstə, həm oturaq, həm də uzanıqlı vəziyyətdə aparılmalıdır. Ən yaxşısı duş alarkən sabunlu əllə süd vəzisinin yoxlanılmasıdır. Əgər süd vəzisində bərkimə, ağrı, törəmə varsa, həkimə müraciət etmək vacibdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub