SUMQAYIT BƏLƏDİYYƏSİ RESPUBLİKADA ƏN YAXŞI HESAB OLUNUR
“Simurq” fundamental tədqiqatlar bürosu 2003-cü ildə keçirilmiş rəy sorğularının nəticələrinə görə, Sumqayıt bələdiyyəsini respublikada ən yaxşı bələdiyyə elan etmişdir.
Şəhər bələdiyyəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, rəyi soruşulanların 81 faizi “İlin bələdiyyəsi” nominasiyasına öz münasbətini bildirmişdir. Beləliklə, “Simurq”un “İlin bələdiyyəsi” mükafatını qazanan sumqayıtlılar 2001-ci ildə əldə etdikləri müvəffəqiyyəti daha da möhkəmləndirmişlər.