SUMQAYIT MƏKTƏBLƏRİ KOMPYUTERLƏŞDİRİLİR
Mütəxəssislərin fikrincə, müəllimlər belə mərkəzlərin yaradılması ilə sinifdənkənar və fakültativ məşğələlərin ən yeni üsullarını işləyib tətbiq etmək, informasiya sahəsini genişləndirmək, yeni müzakirə mövzuları hazırlamaq, habelə elmi təcrübələr və məruzələr üçün ehtiyatlar tapmaq imkanı qazanırlar. Bu işə ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “Harmoniya layihəsi” Proqramı böyük dəstək göstərir.