SUMQAYITDA ALMAN QƏBİRİSTANI BƏRPA EDİLƏCƏK
Sumqayıt bələdiyyəsi rəhbərlərinin Lüdviqshafenin burqomistri Ernest Merkel ilə görüşündə qərara alınmışdır ki, Almaniya tərəfi qəbiristanın yenidən qurulması layihəsini hazırlayır, Sumqayıt gəncləri isə alman yaşıdları ilə birlikdə bu layihənin gerçəkləşdirilməsində iştirak edəcəklər. Alman qonaqlar həlak olanların xatirəsinə ucaldılmış stellanın önünə gül-çiçək qoymuşlar.