SUMQAYITDA AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ QEYD EDİLMİŞDİR
Sonra elmi konfrans keçirilmişdir. Şəhər icra hakimiyyəti başçısının müavini Ramiz Həsənov tədbiri açaraq, xalqımızın ümummilli lideri Prezident Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 18 dekabr 1997-ci il tarixli və “Azərbaycanlıların soyqırımı” haqqında 26 mart 1998 il tarixli Fərmanlarının tarixi əhəmiyyətindən danışmışdır.
Tədbir iştirakçıları ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Konfransda “Azərbaycanlılara qarşı ermənilərin törətdikləri deportasiyanın və soyqırımın tarixi kökləri haqqında”, “1918-ci ildə Azərbaycan ərazisində törədilmiş mart qırğınları haqqında”, “Qarabağ müharibəsi - XX əsrin sonlarında ermənilərin Azərbaycan torpaqlarına yeni iddiaları” və başqa mövzularda məruzələr dinlənilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]