Sumqayıtda nəqliyyat vasitəsini qaçıran şəxs saxlanılıb
Bakı, 2 sentyabr, AZƏRTAC
Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə müraciət edən şəhər sakini Y.Ağayev avqustun 31-də “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş N.İsgəndərli polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək avtomobillə birgə saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.