Sumqayıtda Novruz ərəfəsində kənd təsərrüfatı məhsulları yarmarkaları fəaliyyətə başlayıb
Sumqayıt, 9 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhər 10-cu mikrorayon ərazisində Novruz bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satış yarmarkaları fəaliyyətə başlayıb. Yarmarka şəhərin iki ərazisində təşkil olunub.
AZƏRTAC xəbər verir ki, martın 25-nə kimi davam edəcək yarmarkada satışa Qax, Zaqatala, Quba, Xaçmaz, Göyçay, Goranboy və digər bölgələrdən məhsullar çıxarılıb. Qiymətlər bazardakından 25-30 faiz ucuzdur.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov hər iki yarmarkada satıcılar və alıcılar üçün yaradılmış şəraitlə, məhsulların keyfiyyəti, şəhər sakinlərinin rəy və təklifləri ilə maraqlanıb.
Şəhər sakinləri və satıcılar yaradılan şəraitdən razılıqlarını bildiriblər.