Sumqayıtda tikinti ərazisində 15 ağac kəsildi, iş prokurorluğa göndərildi

Bakı, 23 aprel, AZƏRTAC
Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ağacların kəsilməsi ilə bağlı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olan şikayət yerində araşdırılıb.
İdarənin rəisi Asif Məcidov AZƏRTAC-a bildirib ki, aparılan araşdırma zamanı Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində qeyri-yaşayış obyektinin tikintisi aparılan ərazidə tikinti ətrafına çəkilmiş hasarın daxilində 3 ağacın zədələndiyi, eyni zamanda, ekoloji ekspertiza rəyinin tələblərinə əməl olunmadığı müəyyən edilib. Faktla bağlı tikintiyə cavabdeh şəxs Zamiq Şıxəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 253.5.1 və 541-ci maddələrinə əsasən inzibati protokol tərtib edilib və o, fiziki şəxs qismində 900 manat məbləğində cərimə olunub.
“Eyni zamanda, hasarın kənarında 15 ağacın kəsildiyi və nəticədə təbiətə 7 min 200 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Tikinti ətrafında olan ağaclar sayılaraq qeydiyyata alınıb və mühafizəsinin təmin olunması məqsədilə iş icraçısına təhvil verilib”, - deyə A.Məcidov bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.05.2025 [14:22]
Bazar günü havanın temperaturu 28 dərəcə olacaq
- 23.05.2025 [17:05]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 23.05.2025 [17:03]
Rayonlarda hava yağıntılı olacaq – XƏBƏRDARLIQ
- 23.05.2025 [13:00]
Leysan olacaq, dolu düşəcək - PROQNOZ
- 23.05.2025 [11:51]
Xəzər dənizinə 100 min nərə və 20 min Xəzər qızılbalığı buraxılıb
Şəkidə ikimərtəbəli ev yanıb
- [19:47]
“Napoli” İtaliya çempionu olub
- [00:49]
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
- 23.05.2025 [23:54]
Tbilisidə Azərbaycan və Türkmənistan xalçalarının sərgisi açılıb
- 23.05.2025 [23:18]
Haaqada Azərbaycan mədəniyyətinə həsr edilmiş tədbir keçirilib
- 23.05.2025 [22:32]
Orlov vilayətində helikopter qəzaya uğrayıb
- 23.05.2025 [22:04]
Hamburq dəmir yolu vağzalında bıçaqlı hücum nəticəsində xəsarət alanlar var
- 23.05.2025 [21:54]
Dünya çempionatı: Azərbaycan minifutbol millisi Sloveniyanı darmadağın edib
- 23.05.2025 [21:46]
30 və 32 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
- 23.05.2025 [21:20]
Tat-evi monastırının qaranlıq tarixi
- 23.05.2025 [21:14]
Avroliqa: “Fənərbağça” finala vəsiqə qazanıb
- 23.05.2025 [21:04]
AQUPDK yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib
- 23.05.2025 [20:37]
Azərbaycan nümayəndə heyəti Kubada bir sıra görüşlər keçirib
- 23.05.2025 [20:07]
Naxçıvanda may ayı üzrə bütün növ sosial müavinətlər ödənilib
- 23.05.2025 [19:59]
Ceyhun Bayramov Koreya Respublikasının ölkəmizdəki yeni səfiri ilə görüşüb
- 23.05.2025 [19:57]
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan
- 23.05.2025 [19:56]