SUMQAYITDA ÜMUMŞƏHƏR MİTİNQİ KEÇİRİLMİŞDİR
İcra hakimiyyətinin başçısı Vaqif Əliyev çıxışında həyat yolu xalqına təmənnasız xidmətin bariz nümunəsi olan görkəmli dövlət xadimi və müdrik siyasətçinin çoxşaxəli fəaliyyətindən söhbət açmış, müstəqil Azərbaycanın dünyəvi, demokratik və hüquqi dövlət kimi formalaşması və inkişafında onun rolunu xüsusi vurğulamışdır. Bildirilmişdir ki, Sumqayıt daim Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. O, şəhər sakinlərinin problemlərinə xüsusi həssaslıqla yanaşırdı. Ulu öndərin 2003-cü ilin aprelində Sumqayıta növbəti gəlişi şəhərin inkişafında yeni mərhələ açmış, burada irimiqyaslı dəyişikliklərin təməlini qoymuşdur. Minnətdar sumqayıtlılar ömrünü doğma ölkəsinin tərəqqisinə həsr etmiş Heydər Əliyevin xatirəsini daim əziz tuturlar. Şəhərin mərkəzində Heydər Əliyevin adını daşıyan prospektdə ucaldılmış əzəmətli abidəsi sumqayıtlıların öz Prezidentinin xatirəsinə məhəbbətinin daha bir sübutudur. Elə Sumqayıtın özü də böyük liderimizin məramlarına və möhtəşəm fəaliyyətinə bir abidədir.
İcra hakimiyyətinin, bələdiyyənin, sənaye müəssisələrinin və idarələrin başçıları, iş adamları, habelə ictimaiyyətin nümayəndələri ümummilli liderin abidəsi önünə al qızılgüllər düzmüşlər.