SUMQAYITIN TƏDRİS MÜƏSSİSƏLƏRİ DİQQƏT MƏRKƏZİNDƏDİR
İdarədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, kollektivin qüvvəsi ilə şəhərin beş təhsil müəssisəsinin dam örtuyu təzələnmiş, 40 nömrəli uşaq bağçasında və 11 nömrəli orta məktəbdə qızdırıcı sistemlər bərpa edilmişdir. “Təfəkkür” litseyi binasının damında təmir işləri başa çatdırılır. Uzun müddət fəaliyyət göstərməyən rəsm qalereyası yaxın günlərdə qapılarını tamaşaçıların üzünə açacaqdır. Şəhərin ilk təhsil müəssisələrindən olan 1 nömrəli orta məktəbin yeni tədris korpusunun tikintisi işləri yüksək sürətlə davam edir.