Şuradan yeni elektron tətbiq: SƏLİS müqavilə
Bakı, 3 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası iyunun 2-dən başlayaraq QHT-lərlə qrant müqavilələrini heç bir canlı təmas olmadan elektron qaydada imzalamağa başlayıb. SƏLİS müqavilə iki formada - “ASAN imza” və elektron imza vasitəsilə bağlanır.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud AZƏRTAC-a bildirib ki, qrant müqavilələrinin elektron qaydada imzalanması ölkəmizdə QHT-lərə xidmət sahəsində ilk dəfədir tətbiq olunur. Bu yenilik QHT-yə cəmi bir neçə saniyə ərzində qrant müqaviləsini imzalamağa imkan verir.
Məlumat üçün bildiririk ki, Şura 2019-cu ildən QHT layihələrinin idarə olunması prosesini SƏLİS çərçivəsində elektronlaşdırıb. Hazırda isə qrant müqavilələrinin imzalanması da elektron qaydada həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [16:25]
AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub
- 09.10.2026 [16:09]
Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib
- 09.10.2026 [16:04]
® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib
- 09.10.2026 [15:43]