Suriyadan gətirilən repatriantların ehtiyacları və hüquqlarının təmini vəziyyəti qiymətləndirilib
Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva tərəfindən repatriantların hüquqlarının müdafiəsi istiqamətində tədbirlər davam etdirilir.
Ombudsman Aparatından AZƏRTAC-a verilən məlumata görə, ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüş keçirib, müəssisə tərəfindən zəruri məlumatlar əldə ediblər.
Görüş zamanı repatriantların ehtiyacları və hüquqlarının təmini vəziyyəti qiymətləndirilib, onlara müvəkkilin mandatı və hüquqlarının müdafiəsi mexanizmləri barədə ətraflı məlumat verilib.
Xatırladaq ki, 2026-cı il aprelin 21-də Suriya Ərəb Respublikasının münaqişə bölgəsində yaşamış 5 nəfər (2 qadın və 3 uşaq) Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:32]
Sabunçu qəsəbəsində açıq ərazidə yanğın baş verib
- 09.06.2026 [18:50]
Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub
- 09.06.2026 [18:18]