SÜRÜCÜ HADİSƏ YERİNDƏ ÖLMÜŞDÜR
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, fevralın 10-da saat 04:40 radələrində Bakı-Şamaxı yolunun 118-ci kilometrliyində ağır yol-nəqliyyat qəzası baş vermişdir. Ağdam rayon sakini İlqar Mahmudovun idarə etdiyi “Nexia” markalı avtomaşının yol kənarındakı divara dəyməsi nəticəsində sürücü hadisə yerində ölmüşdür. Xəsarət almış üç sərnişin isə xəstəxanaya aparılmışdır.
Şamaxı Rayon Polis Şöbəsində faktla bağlı təhqiqat aparılır.