Sürücülər üçün imtahan keçirilib
Bakı, 21 oktyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 21-də sürücülər və beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri üçün elektron imtahanlar korpusunda növbəti test imtahanı keçirib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, taksi sürücülərinin hazırlığının qiymətləndirilməsi imtahanında 1492 nəfər iştirak edib və onlardan 1179-u tələb olunan şərtləri ödəyib. Yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi üzrə 41 nəfər imtahan verib və onlardan 22-si uğur qazanıb. Avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi imtahanında isə 28 namizəd iştirak edib və 17 nəfər müvəffəqiyyət qazanıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası oktyabrın 22-23-də saat 14:00-dan 17:00-dək DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50) fəaliyyət göstərəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:35]
Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları
- 08.06.2026 [17:28]
DİM-də hazırlıq kursları təşkil olunub
- 08.06.2026 [17:25]
“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb
- 08.06.2026 [16:49]
BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır
- 08.06.2026 [16:23]
AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub
- 08.06.2026 [16:13]
BMU-da Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbər heyəti ilə görüş olub
- 08.06.2026 [15:57]