Şuşa sakini: Bu gün çox sevincliyik VİDEO
Bakı, 24 iyul, AZƏRTAC
1991-ci ildə gəlib “Gilavar” sanatoriyasına yerləşmişik. 35 ildir ki, orada yaşayırdıq. Bu gün çox sevincliyik, çünki doğma vətənimizə qayıdırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Şükür bu günə. Bu günü də gördük.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Şuşa şəhərinə köçən keçmiş məcburi köçkün İntizar Əmiraslanova deyib.
Hazırda 65 yaşında olduğunu bildirən İ.Əmiraslanova ailəsi ilə birlikdə qayıtdığını vurğulayıb.
“Oradan çox ağır vəziyyətdə çıxmışdıq. Ayaqyalın, başıaçıq çıxmışdıq. Uşaqlarımıza bir dəst paltar belə götürə bilməmişdik. Çətin günlər yaşamışıq. Amma bu günə çox şükür”, - deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [19:28]
Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS
- 07.08.2026 [17:44]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:30]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 07.08.2026 [17:26]
Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO
- 07.08.2026 [17:17]