Süveyş kanalındakı tıxac 4 gün ərzində aradan qaldırılacaq
Qahirə, 30 mart, AZƏRTAC
Martın 29-da axşam saatlarında açılan Süveyş kanalından artıq 113 gəmi keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə Misirin Süveyş Kanalı İdarəsinin rəisi Osama Rabiyə keçirdiyi mətbuat konfransında deyib. O əlavə edib ki, kanalda yaranmış tıxac 4 gün ərzində tam aradan qaldırılacaq.
Misir rəsmisi diqqətə çatdırıb ki, “Ever Given” gəmisinin saya oturması nəticəsində 6 gün bağlı qalan Süveyş kanalının girişində 422 gəmi keçid növbəsi gözləyib. O deyib ki, insidentin səbəbi qum fırtınası nəticəsində kanalın bir hissəsinin dayazlaşması olub.
O.Rabiyə bildirib ki, təhqiqat başa çatdırdan sonra gəmiçilik şirkətlərinə təzminatlar ödəniləcək. Misir isə Süveyş kanalının bağlanması nəticəsində hər gün 15 milyon dollar zərərə uğrayıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]
Kreml Putinin Tramp və Zelenski ilə mümkün görüşünə münasibət bildirib
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]