Tacikistanda koronavirusa yoluxanların sayı 4370 nəfərə çatıb
Düşənbə, 6 iyun, AZƏRTAC
Tacikistanda COVID-19 virusundan son sutka ərzində 219 nəfər, pandemiya dövründə isə 2491 nəfər sağalıb, 48 nəfər isə ölüb.
AZƏRTAC Tacikistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son sutka ərzində virusa yoluxanların sayı 81 nəfər artaraq 4370-ə çatıb. 1355 nəfər karantindədir.
Son günlər ölkədə virusa yoluxanların sayı aşağı düşüb. Belə ki, əvvəllər sutka ərzində təxminən 200 yoluxma qeydə alınırdısa, indi bu rəqəm iki dəfə azalıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]