Tahir Budaqov: Yeni yanaşmalar vasitəsilə Heydər Əliyev irsinin öyrənilməsi gənclərimiz üçün çox əhəmiyyətlidir
Bakı, 17 iyun, AZƏRTAC
İntellektual, innovativ xarakterli müsabiqələr bilikli və bacarıqlı gənc nəslin formalaşmasında böyük rol oynayır. İnanırıq ki, Azərbaycan gəncləri Ulu Öndər Heydər Əliyevin işıqlı ideyalarını davam etdirəcəklər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iyunun 17-də “Heydər Əliyev irsinin təşviqi innovativ həllərdə” adlı Rəqəmsal İdeya Müsabiqəsinın bağlanış mərasimində səsləndirib.
Dünyamiqyaslı siyasi xadim, əsl azərbaycanlı Heydər Əliyevin Azərbaycan xalqının taleyində müstəsna rol oynadığını vurğulayan YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, Ümummilli Lider Azərbaycanı dünyada öz sözü və nüfuzu olan bir ölkəyə çevirməyə müvəffəq olub.
O, müsabiqədə yeni yanaşmalar vasitəsilə Heydər Əliyev irsinin öyrənilməsinin gənclərimiz üçün əhəmiyyətini qeyd edib.
Ulu Öndərlə bağlı xatirələrini də bölüşən Tahir Budaqov vurğulayıb ki, Heydər Əliyevin irsi çox zəngindir və gənclərimizin öyrənməli olduğu çox məsələ var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [20:25]
Kahramanmaraşlı məktəblilər Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər
- 19.05.2026 [18:02]
Gəncədə “Heydər Əliyev məktəbi” layihəsi start götürüb
- 19.05.2026 [10:14]
Naxçıvanda Ümummilli Liderə həsr edilmiş konsertdən FOTOLAR
- 14.05.2026 [01:33]
İğdırda Heydər Əliyev adına liseydə Ümummilli Liderin xatirəsi anılıb VİDEO
- 13.05.2026 [18:09]
“Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” kitabının təqdimatı olub VİDEO
- 13.05.2026 [12:27]