Tahir Hökmrəvan: Prezidentimiz hər zaman yanımızdadır
Ağsu, 6 mart, Ceyhun Rüstəmov, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Ağsuya səfəri çərçivəsində şəhərin Xasayev küçəsində Gülarə Hökmrəvanın ailəsi üçün tikilməkdə olan yeni evdə işlərin gedişi ilə maraqlanıb, ev sahibinin oğlu Tahirlə söhbət edib.
Tahir Hökmrəvan AZƏRTAC-a bildirib ki, zəlzələdən evləri yararsız vəziyyətə düşdüyünə görə dövlətimiz tərəfindən yenisi tikilir. Sağ olsun Prezidentimiz, bu gün Ağsuya gələrək işlərin gedişi ilə yerində tanış oldu, tapşırıq və tövsiyələrini verdi. Dövlətimizin başçısı dedi ki, qəzalı evlərin hamısı qısa müddətdə təmir olunacaq, ya da yenidən tikiləcək. Bu ağır günlərdə biz sakinlər üçün bundan yaxşı təsəlli ola bilməz. Sağ olsun Prezidentimiz, hər zaman yanımızdadır. İnşallah, tezliklə yeni evə köçəcəyik. Bir daha Prezidentimizə minnətdarlıq edir, cansağlığı arzulayırıq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [13:02]
Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə - TƏLİM
- 18.06.2026 [11:18]
GDU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub
- 18.06.2026 [11:08]