Tailand 15 ildən sonra ilk dəfə öz peykini orbitə çıxarıb
Bakı, 10 oktyabr, AZƏRTAC
Tailand “THEOS-2” (Thailand Earth Observation System-2) peykini oktyabrın 9-da Cənubi Amerikadakı Fransız Qvianasındakı Kurou kosmodromundan orbitə buraxılıb. Raket daşıyıcı peyki uğurla orbitə çıxarıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, öncədən peykin orbitə çıxarılması oktyabrın 7-nə planlaşdırılsa da, texniki problemlərə görə təxirə salınmışdı. Yeni peyk Rusiyanın Orenburq vilayətindəki Yasnı kosmodromundan 2008-ci il oktyabrın 1-də buraxılmış əvvəlki modeli əvəz edəcək.
Tailand hakimiyyəti bildirib ki, yeni orbital kompleks ən yüksək keyfiyyətdə şəkilləri çəkməyə imkan verəcək və təbii fəlakətlərin nəticələrinin monitorinqi və qarşısının alınması üçün zəruridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]