Tailand kralı dövlət mərasimi zamanı parlamentin yeni sessiyasını açacaq
Bakı, 3 iyul, AZƏRTAC
Tailand Milli Assambleyasının (parlament) Nümayəndələr palatasının üzvləri bazar ertəsi kral Maha Vaçiralonqkornun (X Rama) rəhbərlik etdiyi dövlət mərasimində and içəcəklər.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, mərasimin ən mühüm hissəsi Tailand kralının parlamentarilər qarşısında çıxışı olacaq. Qanunvericilər üçün bu, öz vəzifələrinin icrasında əsas istinad nöqtəsidir.
Nümayəndələr palatası yeni sədri müəyyənləşdirmək məqsədilə iyulun 4-də iclas keçirəcəklər. Sonra yeni Baş naziri seçmək üçün on gün müddətində Senatla (parlamentin yuxarı palatası) birgə iclas keçiriləcək. Gözlənildiyi kimi, belə bir cəhd iyulun 13-də olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]
Fransada dövlət sektorunda ümummilli tətil keçirilir
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]