Tailandda COVID-19 səbəbindən ölüm sayında antirekord qeydə alınıb
Pekin, 3 iyul, AZƏRTAC
Hazırda COVID-19 pandemiyanın daha ağır dalğasının müşahidə olunduğu Tailandda sutkalıq yoluxmalar davamlı artır.
AZƏRTAC Tailandın COVID-19 virusu ilə mübarizə qərargahına istinadla xəbər verir ki, ötən gün 6 min 230 yoluxma qeydə alınıb. Bu, mayın 17-də qeydə alınan rəqəmdən sonra ən yüksək göstəricidir. Keçən gün virus səbəbindən 61 ölüm baş verib ki, bu da pandemiya dövründə Tailandda sutkalıq ən yuxarı göstəricidir.
Bildirilir ki, yoluxmaların əsas hissəsi paytaxt Banqkokda aşkarlanıb. Hökumət böhranlı vəziyyətə baxmayaraq karantin rejimini sərtləşdirməyi düşünmür.
Ölkədə paralel olaraq COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesi davam edir. İndiyədək 10,5 milyon doza peyvənd vurulub ki, bu da əhalinin 4,4 faizi deməkdir. Hökumət hər ay 10 milyon doza peyvənd vurmaqla oktyabrın əvvəlində 50 milyon doza həddinə çatmağı hədəfləyib. Bununla əhalinin təxminən 70 faizi ən azı bir doza peyvənd qəbul etmiş olacaq.
Turizm ölkəsi kimi tanınan Tailand oktyabrın ortasında xarici ölkələrlə gediş-gəlişi tam açmağı planlaşdırıb. Artıq Puket adasında xarici turistlərin qəbuluna başlanılıb. Turistlərdən COVID-19 pasportu və ya koronavirus testinin neqativ nəticəsi tələb olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]