Tailandlı turist: Bakının gözəlliyini, əhalinin mehribanlığını heç bir yerdə görməmişəm
Bakı, 30 may, AZƏRTAC
Beş gündür ki, ölkənizdəyəm. Bu müddətdə Bakını kifayət qədər gəzmək, insanları, şəhərin görməli yerlərini tanımaq imkanım oldu. Şəhər əhalisi çox qonaqpərvərdir. İnsanlar daim bizə kömək etmək istəyirlər. Onların diqqəti və ünsiyyətcil olması sayəsində özümüzü doğma vətənimizdəki kimi rahat hiss edirik.
Bu sözləri UEFA Avropa Liqasının Bakıda keçirilən final görüşünü izləmək üçün ölkəmizə gələn tailandlı Jesk Daonur AZƏRTAC-a müsahibəsində deyib.
Final qarşılaşmasının yüksək səviyyədə baş tutduğunu vurğulayan turist bildirib ki, dünən UEFA Avropa Liqasının möhtəşəm final qarşılaşması çox gözəl keçdi. Bakı Olimpiya Stadionu çox möhtəşəmdir. Bu arenanın əzəmətinə və mükəmməlliyinə heyran qaldım. Arena, oyundakı azarkeş coşqusu insanda unudulmaz hisslər oyadır.
Tailandlı azarkeş deyib: “Bakı dünyanın ən gözəl və romantik şəhərlərindən biridir. Mən dünyanın bir çox şəhərlərində olmuşam. Lakin Bakının gözəlliyini, bakılıların mehribanlığını heç bir yerdə görməmişəm. Gözəl Dənizkənarı Bulvar Bakının möhtəşəmliyinə xüsusi rəng qatır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [12:18]
Şotlandiyalı peşəkar boksçu faciəvi şəkildə vəfat edib
- 18.06.2026 [11:20]
Ronaldu dünya və Avropa çempionatlarında 10 oyundur qol vura bilmir
- 18.06.2026 [11:08]
Formula 1: “Maklaren” FIA-nın qərarından apellyasiya şikayəti verib
- 18.06.2026 [10:41]
Azərbaycan taekvondoçuları klublararası Avropa çempionatının qalibi olublar
- 18.06.2026 [08:05]