Azərbaycan Dövlət İnformasiya Agentliyi

Takehiko Nakao: Azərbaycan ilə əməkdaşlıq Asiya İnkişaf Bankı üçün prioritetdir

Takehiko Nakao: Azərbaycan ilə əməkdaşlıq Asiya İnkişaf Bankı üçün prioritetdir Bakı, 5 noyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Asiya İnkişaf Bankının (AİB) prezidenti Takehiko Nakao Bankın Rəhbərlər Şurasının 2015-ci ilin mayında Bakıda keçiriləcək İllik Toplantısına hazırlıq prosesinin gedişini müzakirə etmək üçün Azərbaycanda səfərdə olub. AİB-in prezidenti səfərinin yekunlarına dair AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

- Bu il Azərbaycan Respublikası ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın 15 illiyi tamam oldu. Siz bu əməkdaşlığın mövcud vəziyyətini və perspektivlərini necə qiymətləndirirsiniz?

- Əvvəlcə Azərbaycanın son illərdəki nailiyyətlərini xüsusi qeyd etmək istəyirəm. Azərbaycan iqtisadiyyatı yüksək sürətlə inkişaf edir. Ölkənizin zəngin təbii sərvətləri var. Azərbaycan neft və qaz hasilatından əldə etdiyi gəlirləri qeyri-neft sektorunun inkişafına səmərəli şəkildə yönəldir. Bir çox dünya ölkələri artıq Azərbaycanda mövcud olan səmərəli investisiya mühitindən yararlana bilirlər. Azərbaycanda təhsil, infrastruktur, səhiyyə və digər sahələrdə uğurlu layihələr həyata keçirilir. Azərbaycan Hökumətini bu nailiyyətlər münasibətilə təbrik edirəm.

Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında əməkdaşlıq çox uğurludur. Ötən 15 il ərzində Asiya İnkişaf Bankı tərəfindən Azərbaycana kredit və qrant şəklində 1,7 milyard dollar məbləğində vəsait ayrılıb. Biz Azərbaycan ilə əməkdaşlığın hazırkı səviyyəsindən çox razıyıq. Əminəm ki, əməkdaşlığımız gələcəkdə yeni istiqamətlər üzrə daha da genişlənəcək. Azərbaycan Hökumətinin əlaqələrimizin inkişafı üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk. Ölkənizdə iş adamlarının fəaliyyəti üçün əlverişli şərait var. Asiya şirkətləri də bu şəraitdən maksimum istifadə etməyə çalışırlar. Bu, hər iki tərəf üçün çox faydalıdır.

- Nəqliyyat, alternativ enerji və digər infrastruktur sahələri üzrə mühüm layihələrin həyata keçirilməsi Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında uğurlu əməkdaşlığın göstəricisidir. Bəs, iqtisadiyyatın daha hansı sahələrinə investisiya yatırmağı nəzərdə tutursunuz?

- Azərbaycan Avropa ilə Asiya arasında körpü rolunu oynayır və bu, strateji baxımdan böyük əhəmiyyət kəsb edir. Artıq bir çox ölkələr Azərbaycanın enerji sahəsindəki təcrübəsini öyrənir. Dövlət Neft Fondunun yaradılması gələcək nəslin ehtiyaclarını ödəmək və makroiqtisadi sabitliyi təmin etmək baxımından çox faydalı addımlardan biridir.

Nəqliyyat, infrastruktur sahələrində uğurla əməkdaşlıq edirik. İşləyəcəyimiz digər mühüm sahələrdən biri ictimai özəl tərəfdaşlığın inkişaf etdirilməsi üzrə yolların araşdırılmasıdır. Əməkdaşlığımızın bütün sahələrdə daha da genişləndirilməsi bizim üçün böyük əhəmiyyət kəsb edir. Biz, həmçinin mövcud layihələrin uğurla reallaşdırılmasına çalışırıq.

- Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı 2015-ci ilin mayında Azərbaycanda keçiriləcək. Maraqlıdır, hansı amillərə görə məhz Azərbaycan seçildi? Toplantının sonunda Bankın fəaliyyətinə müsbət təsir göstərəcək hansısa yekun sənədin qəbul olunacağı gözlənilirmi?

- İlk növbədə, bu qərar bizim üçün Azərbaycan ilə tərəfdaşlığı daha da möhkəmləndirmək baxımından yaxşı imkandır. Bu, həmçinin Mərkəzi Asiya və Cənubi Qafqaz regionunun dəstəklənməsi üçün mühüm addımdır. Şura iclasının Bakıda keçirilməsi haqqında qərar 2012-ci ildə Asiya İnkişaf Bankının sərmayədarları tərəfindən qəbul edilib. Qərarı AİB-in üzvü olan 67 ölkənin rəsmiləri dəstəkləyib. 48-ci toplantı AİB-in Cənubi Qafqazda keçirəcəyi ilk illik tədbirdir. Beləliklə, Azərbaycan daha bir beynəlxalq ilkə imza atacaq. Təbii ki, toplantıda müzakirə ediləcək əsas mövzular yekunda ümumiləşdirilərək qərar formatında üzv ölkələrə təqdim olunacaq.

- 2014-cü il üçün maliyyə dövriyyəsinin həcmi nə qədərdir?

- Hər bir layihənin qəbul olunması və dəyərləndirilməsi müəyyən vaxt aparır. Azərbaycanın cənub və qərb bölgələrində yol infrastrukturunun yenidən qurulması üçün AİB vəsait ayırıb. Qeyd etdiyim kimi, AİB özəl sektora da vəsait ayırıb. Növbəti dörd il üçün maliyyə dövriyyəsinin həcmi təqribən 752 milyon dollar olacaq. Ölkədə həyata keçirilən TAP boru kəməri, “Cənub” qaz dəhlizi, “Şahdəniz-2” layihələri bölgənin və Avropanın enerji təhlükəsizliyinə daha böyük töhfələr verəcək. AİB bundan sonra da Azərbaycana sərmayə yatırmağa davam edəcək və bununla maliyyə dövriyyəsinin həcmi ildən-ilə daha da artacaq.

- Azərbaycan Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) layihəsinin üzvüdür. Ölkəmizin bu proqramdakı rolunu necə qiymətləndirirsiniz?

- Azərbaycan CAREC təşəbbüsünün əhəmiyyətli tərəfdaşlarına çevrilib. CAREC Cənub-Qərb, Qərbi Avropa - Qərbi Çin beynəlxalq nəqliyyat dəhlizləri kimi nəhəng layihələrin tərkib hissəsidir. Əminəm ki, Azərbaycan bundan sonra da CAREC təşəbbüsü çərçivəsində töhfələrini verməyə davam edəcək.

- Bazar iqtisadiyyatının inkişafında maliyyə resurslarından səmərəli istifadə təcrübəsi mühüm amildir. Asiya İnkişaf Bankının gündəliyində sahibkarlar arasında təcrübə mübadiləsi aparmaq, maliyyə resurslarından səmərəli istifadə mexanizmlərini təşviq etmək üçün treninqlərin, seminarların və konfransların keçirilməsi nəzərdə tutulurmu?

- Maliyyə resurslarının düzgün idarə edilməsi ilə bağlı tədbirlərin keçirilməsi bizim üçün olduqca önəmlidir. Təbii ki, zəngin neft və qaz ehtiyatlarına malik olan Azərbaycan ilə əməkdaşlıqdan məmnunuq. Ümidvaram ki, bu əlaqələr inkişaf edəcək, gələcəkdə birgə həyata keçirəcəyimiz layihələr bizi daha da yaxınlaşdıracaq. Sahibkarlar üçün təlimlərin, seminarların təşkili məsələsini gündəlikdə saxlayacağıq.

AİB Ölkə Tərəfdaşlıq Strategiyasına uyğun olaraq Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə və özəl sektorun inkişafına dəstəyini davam etdirəcək. Azərbaycan Hökuməti müasir dünyadakı çağırışları çox gözəl bilir və buna uyğun qabaqlayıcı addımlar atır. Azərbaycanın böyük inkişaf perspektivi var. Biz Azərbaycanda sahibkarlığın inkişafına hökumət tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndiririk.

Anar Rzayev

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər

Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

Səudiyyə Ərəbistanında zəvvarlar üçün elektron qapı texnologiyası tətbiq edilib

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

Ərdoğan: Sıfır Tullantı Hərəkatı sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib

Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Qarabağ Universitetində professional səs elminə həsr olunmuş konqres təşkil edilib

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib

Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb

Türkmənistanda “Arşın mal alan” tammetrajlı bədii filminin nümayişi olub

Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar

AYİB-in Riqadakı plenar sessiyasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasından danışılıb

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

Qusarda gənc voleybolçuların seçimi aparılıb

Brüsseldə azərbaycanlıların irimiqyaslı futbol festivalı: III Suqovuşan Turniri başa çatıb

Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib

Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb

Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Böyük Britaniyanın Baş naziri Zelenski, Makron və Mertslə Ukraynaya dəstəyi müzakirə edəcək

Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Britaniya parlamenti: Müdafiə xərcləri planının gecikməsi ölkənin etibarlılığına zərbə vurur

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

Praqada keçirilən “Food and Culture” səfirliklər festivalı 60 ölkənin nümayəndələrini bir araya gətirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO

Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır