Tallində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir
Bakı, 1 mart (AZƏRTAC). Azərbaycanın Estoniyadakı səfirliyi və Azərbaycan icmasının təşəbbüsü ilə Tallin şəhərinin “Lindakivi” mədəniyyət mərkəzində Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə Estoniya parlamentinin vitse-spikeri Keyt Pentus, deputatlar Eldar Əfəndiyev, Evelin Sepp, Avropa parlamentinin üzvü Kristina Oyland, Estoniya televiziyası, “Posti Mees” qəzetinin nümayəndələri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak etmişlər.
Tədbirdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş soyqırımı haqqında məlumatlar elektron slaydlar vasitəsilə tədbir iştirakçılarına təqdim edilmişdir.
Azərbaycanın Estoniyadakı səfiri Tofiq Zülfüqarov Xocalı şəhərində erməni vandallarının törətdikləri insanlığa sığmayan faciə və səfirlik tərəfindən hazırlanmış film haqqında ətraflı məlumat vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]