TALLİNNDƏ AZƏRBAYCAN TƏTBİQİ SƏNƏTİ KURSLARI FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
Bakı, 8 oktyabr (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, bu həftə Tallinn şəhərindəki İncəsənət Gimnaziyasında Azərbaycan tətbiqi sənəti kursları fəaliyyətə başlamışdır.
“TURAN“ Estoniya Azərbaycan İnteqrasiya Mərkəzinin həyata keçirdiyi iki aylıq kurslarda Azərbaycan naxış nümunələrinin taxta üzərində boya üsulu ilə işlənməsi və milli bəzək əşyalarının hazırlanması texnologiyaları tədris olunacaqdır. Mərkəzin rəhbəri Sərvinaz Kərimova Dövlət Komitəsinə bildirmişdir ki, layihənin sonunda satış sərgi təşkil olunacaq və əldə edilən vəsait fiziki cəhətdən qüsurlu uşaqlara xidmət göstərən fondlara köçürüləcəkdir.
Layihəni Estoniya Təhsil Nazirliyi maliyyələşdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]