Tanınmış UFC və MMA döyüşçüsü Bakıda seminar keçəcək
Bakı, 19 iyul, AZƏRTAC
Əfsanəvi braziliyalı döyüşçü, adı UFC-nin Şöhrət zalına daxil edilmiş ciu-citsu ustası Roys Qreysi Bakıya gələcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Ciu-Citsu Federasiyası və “Qodzilla” qrupunun təşkilatçılığı ilə ölkəmizdə səfərdə olacaq beşqat UFC çempionu paytaxtın ən müasir idman klublarından olan “Judo Club 2012”də seminar keçəcək.
İyulun 20-də “Judo Club 2012”nin idman zalında təşkil olunacaq seminarda R.Qreysi ciu-citsu döyüş sənətinin nəzəriyyəsindən danışacaq və idmançılara müxtəlif döyüş fəndlərinin icrasını göstərəcək.
Tədbirdə tanınmış idmançılarla yanaşı, ölkəmizin döyüş növləri üzrə federasiyalarının rəhbərlərinin də iştirakı gözlənilir.
Qeyd edək ki, braziliyalı ciu-citsu ustası Roys Qreysi idmanın bu növünün dünyada tanınmasında böyük rol oynayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]